"İnter" baş məşqçisi Simone İnzaqi ilə bağlı qərarını açıqlayıb.
"İki sahil" "ITASportPress"ə istinadən xəbər verir ki, bu barədə klubun baş direktoru Cüzeppe Marotta məlumat verib. O, mütəxəssisin növbəti mövsüm də komandanı çalışdıracağını bildirib: “Biz Simoneni işdən çıxarmağı planlaşdırmırıq. Klub mövqeyini gücləndirdi, bu, göz qabağındadır. İnzaqi yüz faiz komandada qalacaq. O, gələn mövsüm də “İnter”i çalışdıracaq”.
İnzaqi 2021-ci ildən Milan klubunu çalışdırır. A Seriyasında 36 turdan sonra "İnter" turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb. İyunun 10-da komanda Çempionlar Liqasının finalında “Mançester Siti” ilə qarşılaşacaq.