23 may 2023 12:17
406

Lebron Ceyms karyerasını başa vurmaq istəyir

ABŞ-ın "Los-Anceles Leykers" klubunun basketbolçusu Lebron Ceyms karyerasını başa vurmaq istəyir.

“İki sahil”  "Bleacher Report" nəşrinə istinadən xəbər verir ki, 39 yaşlı oyunçu növbəti mövsümün əvvəlində klubda olacağından əmin deyil.

"Los-Anceles Leykers" NBA-nın pley-off mərhələsində "Denver"ə 0:4 hesabı ilə uduzub.

Qeyd edək ki, təcrübəli basketbolçunun klubu ilə iki illik müqaviləsi mövcuddur.