22 may 2023 12:51
306

“Mançester Siti” unikal göstəriciyə imza atıb

“Mançester Siti” unikal göstəriciyə imza atıb.

“İki sahil” xəbər verir ki, Pep Qvardiolanın yetirmələri cari mövsümün bütün ev oyunlarındakı qol sayını 100-ə çatdırıb.

“Şəhərlilər” Premyer Liqanın “Çelsi” ilə görüşündə yubiley qoluna imza atıb – 1:0. Mançester təmsilçisi “Böyük beşlik”də bunu bacaran yeganə komandadır.

Qeyd edək ki, liderin ən yaxın izləyicilərindən “Bavariya” 66, “Mançester Yunayted” 65, Dortmund “Borussiya”sı 58, “Real” 57 dəfə fərqlənib.