22 may 2023 12:39
390

Anxel di Mariya klubunu dəyişməyə yaxındır

“Yuventus”un futbolçusu Anxel di Mariya yayda klubunu dəyişməyə yaxındır.

“İki sahil” xəbər verir ki, argentinalı vingerin azad agent statusu alacağı gözlənilir.

İtaliya klubu onunla müqaviləni uzatmaq fikrində deyil. Turinlilər öncə 35 yaşlı futbolçunu heyətində saxlamaq istəsə də, sonradan qərarını dəyişib. Klub rəhbərliyi heyəti gəncləşdirmək fikrindədir.

Qeyd edək ki, Di Mariya 2022-ci ilin yayından “Yuventus”da forma geyinir.