21 may 2023 22:48
310

1 qızıl, 1 gümüş və 1 bürünc

Azərbaycan cüdoçuları mayın 20-21-də İspaniyanın Malaqa şəhərində keçirilən gənclər arasında Avropa Kuboku turnirində 3 medal qazanıb.

“İki sahil” xəbər verir ki,  bu barədə Azərbaycan Cüdo Federasiyası məlumat yayıb. Azərbaycan cüdoçuları yarışın ilk günündə 1 qızıl və 1 bürünc medal qazanıb. Turnirin ikinci günündə isə +100 kq. çəkidə Kənan Nəsibov gümüş medala layiq görülüb. -81 kq. çəkidə Ömər Rəcəbli yarışı 5-ci yerdə başa vurub.

Cüdoçularımız turnirdə ümumilikdə 1 qızıl, 1 gümüş və 1 bürünc medal qazanaraq oğlanlar arasında dördüncü, ümumi komanda hesabında beşinci yeri tutub.