21 may 2023 19:47
365

Yarımfinalda Ukrayna-Çin və Avstriya-Misir görüşləri oynanılacaq

Mayın 21-də basketbol 3x3 üzrə Dünya Qadın Seriyasında “Astara” mərhələsinin dörddəbir final oyunları keçirilib.

“İki sahil” xəbər verir ki,  dörddəbir final mərhələsinin birinci oyununda Ukrayna seçməsi Polşa komandasına 16:13 hesabı ilə qalib gəlib. Klub təmsilçimiz “Neftçi” isə bu mərhələdə güclü Çin millisinə 6:21 hesabı ilə məğlub olub. Digər oyunlarda Avstriya 14:8 hesabı ilə Macarıstana, Misir seçməsi isə 21:13 hesabı ilə Çinin “Yuanda” klubuna qalib gəlib.

Beləliklə yarımfinalda Ukrayna – Çin və Avstriya – Misir görüşləri oynanılacaq.