21 may 2023 13:27
343

Bakıda bədii gimnastika üzrə 39-cu Avropa çempionatının final günü start götürüb

Mayın 21-də Bakıda Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 39-cu Avropa çempionatının yarışlarının final gününə start verilib.

“İki sahil” xəbər verir ki, çempionatın sonuncu günündə gimnastlar fərdi proqramda ayrı-ayrı alətlər, qrup hərəkətləri komandaları isə beş halqa, üç lent və iki topla final mərhələsində çıxış edəcəklər.

Azərbaycan gimnastı Zöhrə Ağamirova üç finalda çıxış edəcək, o, halqa, top və gürzlərlə kompozisiya təqdim edəcək.