21 may 2023 12:43
261

248 gün lider oldular, amma çempionluğu əldən verdilər

"Arsenal" bu mövsüm çempionluğu əldən verərək Prmeyer Liqanın antirekordunu müəyyənləşdirib.

“İki sahil” xəbər verir ki, Mikel Artetanın komandası turnir cədvəlinə 248 gün liderik edib. Lakin "Mançester Siti" onları qabaqlayaraq titulun sahibi olub.

İngiltərə yüksək liqasının tarixində heç vaxt bir komanda ilk pillədə bu qədər uzun müddət qaldıqdan sonra çempionluğu əldən verməyib.

2-ci pillədəki “Topçular” ötən gecə “Nottingem Forest”ə uduzublar (0:1) və bu, “Mançester Siti” üçün çempionluğu təmin edib.