20 may 2023 17:24
465

Astarada 3x3 basketbol üzrə dünya qadın seriyasına start verilib

Astarada 3x3 basketbol üzrə dünya qadın seriyasının qrup oyunları start götürüb. “İki sahil” xəbər verir ki,  turnirin açılış oyunu Almaniya və Ukrayna milliləri arasında keçirilib. Görüş Ukrayna basketbolçularının 15:14 hesablı qələbəsi ilə başa çatıb. Oyunu gənclər və idman naziri Fərid Qayıbov və elm və təhsil naziri Emin Əmrullayev də izləyiblər.

B qrupunda isə favorit Çin millisi Avstriya komandasına 14:13 hesabı ilə məğlub olub. C qrupunda yer alan Azərbaycan millisi ilk oyununda Polşa seçməsinə 7:22 hesabı ilə uduzub.

D qrupunda qərarlaşan "Neftçi" klubu Rumıniya millisinə qarşı gərgin idman mübarizəsi şəraitində keçən oyunun yekununda meydançadan 15:12 hesabı ilə qalib ayrılıb.