20 may 2023 10:17
424

Azərbaycan Basketbol Liqasının qalibi hansı komanda olacaq?

Bu gün Azərbaycan Basketbol Liqasında final seriyasına start veriləcək.

“İki sahil” xəbər verir ki,  həlledici oyunda "Sabah" və "Gəncə" komandaları üz-üzə gələcəklər. "Sərhədçi" İdman Mərkəzində keçiriləcək ilk final matçı saat 19:30-da başlayacaq. Seriyanın növbəti görüşləri mayın 22-si, və 24-də gerçəkləşəcək. Reqlamentə əsasən, super seriyada ən tez üç qələbə qazanan kollektiv Azərbaycan Basketbol Liqasının qalibi olacaq.

Qeyd edək ki, çempionatın bürünc medallarına "AAAF Xırdalan"ı məğlub edən NTD komandası sahib çıxıb.