19 may 2023 18:09
317

“Mançester Siti” 3 yarış üçün mükafatı açıqlayıb

“Mançester Siti”nin mövsümün sonunda qazana biləcəyi bonusun məbləği açıqlanıb.

“İki sahil” xəbər verir ki, klub rəhbərliyi futbolçulara İngiltərə Premyer Liqasını, ölkə kubokunu və Çempionlar Liqasını qazanacaqları halda 2 milyon funt sterlinqdən çox mükafat vəd edib.

“Mançester Siti” titullara ayrı-ayrılıqda da bonus verəcək. Komanda Çempionlar Liqasının və ölkə çempionatının birincisi olarsa, hər biri üçün azı 1 milyon funt sterlinq ödəniləcək. İngiltərə kubokundakı qələbənin isə futbolçuları 300 min funt sterlinq irəli salacaq.

Qeyd edək ki, Premyer Liqada bir oyun az keçirən “Mançester Siti” ən yaxın rəqibi “Arsenal”ı 4 xal qabaqlayaraq ilk sırada yer alır. Komanda iyunun 10-da keçiriləcək Çempionlar Liqasının final görüşündə “İnter”, İngiltərə kubokunun finalında isə “Mançester Yunayted”lə qarşılaşacaq.