19 may 2023 09:22
299

Astarada keçiriləcək basketbol turnirində qruplar və təqvim müəyyənləşib

3x3 basketbol üzrə Dünya Qadın Seriyasında "Astara" mərhələsinin qrupları və təqvimi müəyyənləşib

Azərbaycan Basketbol Federasiyasından "İki sahil"ə verilən məlumata görə, yarışda 12 komanda 4 qrupda mübarizə aparacaq. A qrupunda Almaniya, Misir, Ukrayna, B qrupunda Çin, Çexiya və Avstriya, C qrupunda Polşa, Yuanda klubu, Azərbaycan, D qrupunda isə Rumıniya, Macarıstan və "Neftçi" klubu yer alıb.

Reqlamentə əsasən, ilk iki yeri tutmuş kollektivlər 1/4 final mərhələsinə vəsiqə qazanacaqlar. "Astara" mərhələsinin açılış oyunu mayın 20-də saat 12:40-da Almaniya və Ukrayna seçmələri arasında baş tutacaq.

Azərbaycan yığmasının ilk matçı saat 13:30-da Polşa millisinə, "Neftçi" klubunun oyunu isə saat 13:55 -də Rumıniya seçməsinə qarşı olacaq.