19 may 2023 07:29
332

“Arsenal" Aaron Ramsdeyllə yeni müqavilə imzalayıb

Londonun “Arsenal" klubu qapıçısı Aaron Ramsdeyllə yeni müqavilə imzalayıb.

“İki sahil” xəbər verir ki,  bu barədə klub rəsmi məlumat yayıb. 25 yaşlı qapıçı ilə müqavilənin müddəti 2027-ci ilə qədər uzadılıb. Yeni müqaviləyə əsasən, ingilis qapıçı əvvəlkindən iki dəfə çox - həftəyə 120 min funt sterlinq alacaq.

Qeyd edək ki, Ramsdeyl cari mövsüm "Arsenal"ın heyətində 36 oyuna çıxıb, 15 matçda qapısını toxunulmaz saxlayıb.