17 may 2023 23:50
407

UEFA Çempionlar Liqası ilə bağlı qalmaqallı paylaşım edib

UEFA-nın tvitter səhifəsi Çempionlar Liqası ilə bağlı qalmaqallı paylaşım edib.

“İki sahil” xəbər verir ki, paylaşımda turnirin finalında “Real” – “İnter” matçına uduşlu biletlərin anonsu verilib.

Paylaşımda “Finalçılar bəllidir və səhnə hazırdır” fikirləri yer alıb. Amma tezliklə tvit hesabdan silinib.

Qeyd edək ki, “İnter” ÇL-in finalına vəsiqə qazansa da, digər finalçı müyyənləşməyib.