17 may 2023 14:25
287

Bu gün Çempionlar Liqasında yarımfinal mərhələsinə yekun vurulacaq

Bu gün Çempionlar Liqasında yarımfinal mərhələsinə yekun vurulacaq.

“İki sahil” xəbər verir ki, ikinci finalçı İngiltərədə müəyyənləşəcək.

“Mançester Siti” öz meydanında “Real”ı qəbul edəcək. Turnirin son qalibi evdəki heç-heçədən sonra finala adlamağa çalışacaq. Mançesterlilər isə ötən mövsümdəki məğlubiyyətin revanşına köklənib.

Qeyd edək ki, cütün qalibi finalda “İnter”lə qarşılaşacaq.

Çempionlar Liqası

Yarımfinal, cavab oyunu

17 may
23:00. “Mançester Siti” – “Real”
Baş hakim: Şimon Marçinyak (Polşa)
Zədəli: Natan Ake (“Mançester Siti”)

Mançester. “Etihad” stadionu

İlk oyun – 1:1