17 may 2023 10:34
335

Obameyanq Qabon prezidenti ilə görüşdü və qərarını dəyişdi

"Çelsi"nin futbolçusu Pyerr-Emerik Obameyanq Qabon millisindəki karyerasını bərpa edib.

“İki sahil” xəbər verir ki, 34 yaşlı hücumçu bunu İnstaqram hesabında açıqlayıb.

Qabon prezidenti Əli Bonqo Ondimba ilə görüşən futbolçu ölkə başçısının onu bu qərarı verməyə ruhlandırdığını bildirib.

Qeyd edək ki, Qabon millisində 73 oyuna 30 qol vuran Obameyanq ötən ilin may ayında milli karyerasını bitirdiyini açıqlamışdı.