17 may 2023 07:38
342

Çempionlar Liqasında ikinci finalçı müəyyənləşir

Bu gün UEFA Çempionlar Liqasında yarımfinal mərhələsinə yekun vurulacaq.

“İki sahil” xəbər verir ki,  bununla da ikinci finalçının adına aydınlıq gələcək.

Yarımfinalın ilk oyununda İspaniyada "Real Madrid"lə 1:1 hesablı heç-heçə edən "Mançester Siti" bu dəfə eyni rəqiblə İngiltərədə qarşılaşacaq. "Etihad" stadionundakı qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Görüşü polşalı FIFA referisi Şimon Marçinyak idarə edəcək.

UEFA Çempionlar Liqası
Yarımfinal, cavab oyunu
17 may

23:00. "Mançester Siti" (İngiltərə) - "Real Madrid" (İspaniya)
Baş hakim: Şimon Marçinyak (Polşa)
Mançester, "Etihad" stadionu
İlk oyun - 1:1.

Qeyd edək ki, bu cütün qalibi finalda İtaliya "İnter"inə rəqib olacaq.