16 may 2023 23:33
508

Milli Gimnastika Arenasının zalının tərtibatı çox gözəldir

Bakı şəhərindəki Milli Gimnastika Arenasının zalının 39-cu Avropa çempionatı üçün tərtibatı çox gözəldir.

“İki sahil” xəbər verir ki, bu barədə Trend-ə qrup hərəkətlərində gənclər komandasında çıxış edən yarış iştirakçısı, polşalı idmançı Kseniya Jijiç podium məşqlərindən sonra deyib.

"Zalın tərtibatı çox xoşuma gəlir, qırmızı xalı üzərində gəzmək xoşdur, təşkilatçıların ideyası çox maraqlıdır", - deyə gimnast əlavə edib.

Kseniya Jijiç vurğulayıb ki, Polşanın artıq sabah yarışlarda qrup hərəkətləri ilə çıxış edəcək gənclər komandası mübarizə ruhundadır.

"Bu gün podium məşqləri keçirildi, burada yaxşı atmosfer var, zal çox gözəldir. Komandamız Bakıda bir ay əvvəl olub, burada hər şey xoşumuza gəlir və ümid edirik, buraya yenə gələcəyik. Avropa çempionatında komandamızın vəzifəsi səhvsiz çıxış etməkdir", - deyə o vurğulayıb.

Qeyd edək ki, 17-21 may tarixləri arasında Bakıda yerləşən Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 39-cu Avropa çempionatının iştirakçılarının podium məşqləri keçiriləcək.