16 may 2023 18:05
373

Edeqor PSJ və “Bavariya”nın hədəfindədir

“Arsenal”ın futbolçusu Martin Edeqor klubu tərk edə bilər.

“İki sahil” xəbər verir ki, norveçli yarımmüdafiəçi PSJ və “Bavariya”nın maraq dairəsinə düşüb.

Hər iki klub 25 yaşlı futbolçunu bu yay heyətində görmək istəyir. O, cari mövsüm 43 matç keçirib. Martinin hesabında 15 qol və 8 assistə imza atıb.

Qeyd edək ki, Edeqorun transfer qiyməti 80 milyon avro ilə dəyərləndirilir.