16 may 2023 16:03
372

Azərbaycanlı hakim Avropa çempionatının final mərhələsinə təyinat alıb

Azərbaycanlı hakim Elçin Məsiyev 17 yaşadək futbolçulardan ibarət yığma komandalar arasında keçiriləcək Avropa çempionatının final mərhələsi oyununa təyinat alıb.

“İki sahil”in məlumatına görə, FIFA referisi Şotlandiya - Fransa görüşündə ədaləti qoruyacaq.

Mayın 17-də baş tutacaq qarşılaşmada ona Elşad Abdullayev və yunanıstanlı yan xətt hakimi Konstandinos Psarris kömək edəcəklər.

Qeyd edək ki, UEFA U-17 Avropa çempionatının final mərhələsi 17 may - 2 iyun tarixlərində Macarıstanda keçiriləcək.