PSJ-nin futbolçusu Serxio Ramosun klubdakı gələcəyi dəqiqləşib.
"İki sahil" “Le Parisien”ə istinadən xəbər verir ki, Paris təmsilçisi oyunçu ilə uzun müddət müzakirədən sonra qərar qəbul edib. Rəhbərlik ispan müdafiəçini daha bir mövsüm klubda saxlamaq qərarına gəlib.
Qeyd edək ki, Ramosun PSJ ilə hazırkı müqaviləsi bu mövsümün sonu başa çatır.