15 may 2023 14:16
275

"Neftçi" forvardını icarəyə göndərmək istəyir

"Neftçi" yayda bəzi oyunçuları ilə yollarını ayırmaq istəyir.

“İki sahil” xəbər verir ki, "ağ-qaralar"da özünü sübut edə bilməyən Yeqor Boqomolskini yeni mövsüm üçün əsas komandada düşünülmür.

Belaruslu forvardın yeni ildə hansısa kluba icarəyə verilməsi gündəmdədir. Onun əvəzinə isə başqa legioner hücumçunun komandaya cəlb edilməsi gözlənilir.

Qeyd edək ki, "Neftçi"yə mövsümün əvvəlində "Minsk"dən gələn forvard 25 oyunda meydana çıxıb və 3 qol vurub.