14 may 2023 02:02
414

AFFA "Qarabağ"ı təbrik etdi

AFFA "Qarabağ"ı bu mövsüm Azərbaycan çempionu olması münasibəti ilə təbrik edib.

“İki sahil” xəbər verir ki, bu haqda federasiyanın rəsmi feysbuk hesabında paylaşım edilib.

Paylaşımda qeyd edilib: " Azərbaycan futbol ailəsi adından 10-cu çempionluğu münasibətilə “Qarabağ” FK-nı təbrik edirik.".

Qeyd edək ki, ötən gün "Qarabağ" Misli Premyer Liqasının 34-cü turunda "Səbail"ə qalib gəlməklə (3:0) sona 2 tur qalmış çempionluğu rəsmiləşdirib. Bu, Ağdam təmsilçisinin tarixində 10-cu çempionluqdur. Klub belə nəticə ilə Azərbaycan rekordu qırıb.