13 may 2023 20:09
982

"Qəbələ" Qəbələdə uduzdu

Misli Premyer Liqasının 34-cü turu çərçivəsində "Qəbələ" "Turan Tovuz"u qəbul edib.

“İki sahil” xəbər verir ki, matçın 54-cü dəqiqəsində Sadiq Quliyev hesabı açsa da 61-ci dəqiqədə Rafael Utziq bərabərlik qolunu vurub.

Urfan Abbasovun 56-cı dəqiqədə ikinci sarı vərəqə alaraq “Qəbələ”ni azlıqda qoyduğu oyunun 90+5-ci dəqiqəsində Xulu Siyanda "Turan Tovuz"un qələbə qolunu vurub – 1-2.

Misli Premyer Liqası,

34-cü tur

13 may (şənbə)

18:00. "Qəbələ" 1-2 "Turan Tovuz"

Qollar: Sadiq Quliyev, 54 (0:1), Rafael Utziq, 61 (1:1), Xulu Siyanda, 90+5 (1:2)

Qırmızı vərəqə: Urfan Abbasov, 56-iki sarı vərəqə ("Qəbələ")

Hakimlər: Nicat İsmayıllı, Pərvin Talıbov, Şirmamed Mamedov, Rəvan Həmzəzadə

Qəbələ şəhər stadionu.