13 may 2023 16:01
515

Spaletti gedir, ya qalır?

"Napoli"nin baş məşqçisi Luçano Spalletti 2025-ci ilin yayınadək klubda qalacaq. 

“İki sahil” xəbər verir ki, mütəxəssis öz açıqlamasında buna işarə edib. O, məsələ ilə əlaqədar suala belə cavab verib:

"Dünən prezident Aurelio de Laurentis ilə müsbət görüşümüz oldu. Gələcəyimiz maraqlı olacaq. Mən buna əminəm".

Bildirilir ki, Spalletti 2025-ci ilin iyununa qədər yeni müqavilə üçün danışıqlar aparır. Mütəxəssis daha əvvəl sözləşməni 2024-cü ilin yayına qədər uzatmaq variantını aktivləşdirdiklərini qeyd etmişdi.

Xatırladaq ki, "Napoli" bu mövsüm artıq İtaliya A seriyasında çempionluğu rəsmiləşdirib.