13 may 2023 14:54
423

"Sabah" və "Beşiktaş" rəhbərləri görüşdülər

Xəbər verdiyimiz kimi, bu gün "Sabah" və "Beşiktaş" arasında yoldaşlıq oyunu keçiriləcək.

“İki sahil” xəbər verir ki, matçdan əvvəl hər iki klubun rəhbərləri arasında görüş olub. Görüşdə AFFA-nın baş katibi Sərxan Hacıyev və PFL prezidenti Elxan Səmədov da iştirak ediblər. "Beşiktaş"ın vitse-prezidenti Engin Baltacı "Sabah"ın prezidenti Maqsud Adıgözəlova "qara qartallar"ın formasını hədiyyə edib.

Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək "Sabah" - "Beşiktaş" qarşılaşması saat 18:00-da başlayacaq.