12 may 2023 19:51
440

Dünya çempionatı: Azərbaycan cüdoçusu bürünc medal qazanıb

Azərbaycan cüdoçusu Zelim Kotsoyev Qətərin paytaxtı Dohada keçirilən dünya çempionatında bürünc medal qazanıb.

“İki sahil” xəbər verir ki, 100 kq çəki dərəcəsində çıxış edən idmançı 3-cü yer uğrunda görüşdə İlia Sulamanidzeni (Gürcüstan) məğlub edib.

Bu, Azərbaycan cüdoçularının hazırkı mundialda ilk medalı olub.