"Real"ın baş məşqçisi Karlo Ançelotti Madrid təmsilçisində qalacaq.
“İki sahil” xəbər verir ki, bu barədə “Marca” məlumat yayıb. Klub rəhbərliyi 2 həftə əvvəl məşqçiyə onun növbəti mövsümdə də komandanın başında qalacağını açıqlayıb.
Ançelotti 2021-ci ildən "Real"ı çalışdırır. İtaliyalı mütəxəssisin müqaviləsi 2023/24 mövsümünün sonuna qədər qüvvədədir.
"Real" bu mövsüm Karlonun rəhbərliyi altında bu mövsüm Avropa Superkubokunu, Klublararası dünya kubokunu və Kral kubokunu qazanıb. Komanda Çempionlar Liqasının yarımfinalında “Mançester Siti” ilə qarşılaşacaq.