16 avqust 2026 22:56
100

Həm "Qalatasaray"dan, həm "Roma"dan təklifi var

"Roma" "Lion"un vingeri Malik Fofananın transferi üçün rəsmi təklif göndərib.

“İki sahil” xəbər verir ki, "Tuttomercatoweb" nəşrinin məlumatına görə, İtaliya klubu 21 yaşlı futbolçu üçün 40 milyon avro ödəməyə hazırdır. Razılaşmada bonus ödənişlərin də nəzərdə tutulduğu bildirilir. "Roma"nın yaxın günlərdə "Lion"la yekun razılığa gəlməyə çalışdığı qeyd olunur.

Transfer uğrunda "Qalatasaray" da mübarizəyə qoşulub. Türkiyə klubunun Fofanaya daha sərfəli şəxsi müqavilə təklif etməyə hazır olduğu bildirilir. 

Qeyd edək ki, Fofana 2024-cü ilin yanvarından "Lion"da çıxış edir. Onun transfer dəyəri 30 milyon avro qiymətləndirilir.

Qeyd edək ki, "Sabah" – "Hapoel" qarşılaşması avqustun 25-də, saat 20:45-də Tofiq Bəhramov adına Respublika Stadionunda start götürəcək.