08 may 2023 15:24
295

36 illik klub prezidenti istefaya göndərildi

“Lion”un prezidenti Jan-Mişel Olas vəzifəsindən ayrılıb.

“İki sahil” xəbər verir ki, bu barədə Fransa klubunun rəsmi saytı məlumat yayıb.

Klubu idarə edən “OL Groupe” şirkəti Olasın direktorlar şurasındakı və klubdakı səlahiyyətlərinə xitam verib. “Lion”da bu vəzifəni müvəqqəti olaraq klubun yeni sahibi Con Tekstor icra edəcək. Jan-Mişe Ola isə “Lion”un fəxri prezidenti olub.

Qeyd edək ki, Ola 1987-ci ildən bəri “Lion”a rəhbərlik edirdi.