"Mançester Yunayted" İngiltərə Premyer Liqasında 35-ci tur oyununa çıxıb.
Qol.az xəbər verir ki, "qırmızı şeytanlar" səfərdə “Vest Hem”lə qarşılaşıblar. Matç "Mançester Yunayted"in 0:1 hesablı məğlubiyyəti ilə başa çatıb.
Qeyd edək ki, turnir cədvəlinə 82 xalla "Mançester Siti" (34 oyun) liderlik edir. "Mançester Yunayted" 63 xalla 4-cü (34), "Vest Hem" isə 37 xalla 15-cidir.
İngiltərə Premyer Liqası,
35-ci tur
7 may
"Vest Hem" 1–0 "Mançester Yunayted"
Qol: Benrahma, 27.