07 may 2023 21:05
400

“Səbail” Sumqayıtda qələbə qazandı

Misli Premyer Liqasının 33-cü turu çərçivəsində “Səbail” “Sumqayıt”ın qonağı olub.

“İki sahil” xəbər verir ki, İnqilab Məmmədov, Namiq Hüseynov, Pərvin Talıbov və Səbuhi Bayramovdan ibarət hakimlər briqadasının idarə etdiyi qarşılaşmanın 36-cı dəqiqəsində Todor Todoroski hesabı açıb. 70-ci dəqiqədə “Səbail”in bərabərlik qolunu vuran Matiya Lyuyiç 73-cü dəqiqədə özünün cə komandasının ikinci qolunu vurub. Oyunda son nöqtəni  89-cu dəqiqədə Franko Mazurek qoyub 1-3.

Misli Premyer Liqası,

33-cü tur

7 may (bazar)

19:00. “Sumqayıt” 1–3 “Səbail”

Qol: Todor Todoroski, 36 (1:0), Matia Lyuyiç, 70 (1:1), 73 (1:2), Franko Mazurek, 89 (1:3)

Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Pərvin Talıbov, Səbuhi Bayramov

“Kapital Bank Arena”