Misli Premyer Liqasının 33-cü turu çərçivəsində "Turan Tovuz" "Neftçi"ni qəbul edib.
“İki sahil” xəbər verir ki, Tovuz şəhər stadionunda keçirilən görüşün 16-cı dəqiqəsində Runi Eva hesabı açıb. 21-ci dəqiqədə isə Roderik Miller meydan sahiblərinin üstünlüyünü iki topa çatdırıb. Oyunun 44 və 61-ci dəqiqələrində fərqlənən Runi Eva özünün üçüncü, komandasının dördüncü qolunu vurub.
Qarşılaşma bu hesabla da başa çatıb.
Misli Premyer Liqası,
33-cü tur
7 may (bazar)
15:00. “Turan Tovuz” 4–0 “Neftçi”
Qol: Runi Eva, 16, Roderik Miller, 21, Runi Eva, 44, 61
Hakimlər: Kamal Umudlu, Akif Əmirəli, Teymur Teymurov, Əli Əliyev
Tovuz şəhər stadionu