İspaniya kubokunun qalibi müəyyənləşib.
“İki sahil” xəbər verir ki, finalda “Real” və “Osasuna” komandaları üz-üzə gəliblər.
2:1 hesabı ilə qalib gələn Madrid klubu 20-ci dəfə kuboku qazanıb. "Real"ın sonuncu dəfə 2013-2014 mövsümündə ölkə kubokunu başı üzərinə qaldırmışdı.
İspaniya kuboku,
Final
6 may
"Real" 2–1 "Osasuna"
Qol: Rodriqo, 2; 70 – Torro, 58.