06 may 2023 18:51
591

"Zirə" "Şamaxı"nı darmadağın etdi

Misli Premyer Liqasının 33-cü turu çərçivəsində "Şamaxı" "Zirə"ni qəbul edib.

“İki sahil” xəbər verir ki, qarşılaşmanın 35-ci dəqiqəsində “Zirə”nin futbolçusu Vladislav Kulaç hesabı açıb. 54-cü dəqiqədə Hamidu Keyta fərqi iki topa çatdırsa da oyunda son nöqtəni Rüstəm Əhmədzadə qoyub – 0-3.

Matçda başqa qol vurulmayıb.

Misli Premyer Liqası,

33-cü tur

6 may (şənbə)

16:30. “Şamaxı” 0–3 “Zirə”

Qollar: Vladislav Kulaç, 35, Hamidu Keyta, 54, Rüstəm Əhmədzadə, 82

Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Vüsal Məmmədov, Kamranbəy Rəhimov

Şamaxı şəhər stadionu