06 may 2023 11:54
503

Azərbaycan Basketbol Liqasında pley-off mərhələsi başlayıb

Azərbaycan Basketbol Liqasında (ABL) pley-off mərhələsinə start verilib.

“İki sahil” xəbər verir ki, yarımfinal seriyasının ilk oyununda "Sabah" və "AAAF Xırdalan" komandaları üz-üzə gəliblər.

Rəqibini 86:71 hesabı ilə üstələyən "Sabah" seriyada önə keçib - 1:0. İkinci görüş mayın 9-da olacaq.

Qeyd edək ki, pley-off mərhələsində ikinci yarımfinal seriyasının ilk oyunu NTD və "Gəncə" komandaları arasında keçiriləcək. "Sərhədçi" İdman Mərkəzindəki qarşılaşma bu gün saat 19:30-da başlayacaq.