La Liqanı bu mövsüm tərk edəcək ilk klub müəyyənləşib.
“İki sahil” xəbər verir ki, bu "Elçe"dir. Komanda La Liqanın 33-cü turunda "Almeriya"ya 1:2 hesabı ilə uduzub.33 oyundan 16 xalı olan "Elçe"nin La Liqada qalmaq üçün lazım olan 17-ci pilləyə qalxmayacağı dəqiqləşib.
Beləliklə, klub üç mövsümdən sonra elitanı tərk edəcək.