22 aprel 2023 17:55
433

"Sabah" 2 top vurub 3 xal qazandı

Misli Premyer Liqasının 31-ci turu çərçivəsində “Turan Tovuz” “Sabah”ı qəbul edib.

“İki sahil” xəbər verir ki, oyunun 28-cı dəqiqəsində Aleksey Kaşuk hesabı açıb. 66-cı dəqiqədə isə o, dublunu rəsmiləşdirərək qonaqların üstünlüyünü iki topa çatdırıb.

Qarşılaşma bu hesabla da başa çatıb – 0-2.

Misli Premyer Liqası,

31-ci tur

22 aprel (şənbə)

16:00. “Turan Tovuz” 0–2 “Sabah”

Qol: Aleksey Kaşuk, 28, 66

Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Zöhrab Abbasov, Rövşən Rəcəbov

Tovuz şəhər stadionu