İtaliyanın "Yuventus" klubunun silinən 15 xalı geri qaytarılıb.
İki sahil "Reuters"ə istinadən xəbər verir ki, maliyyə fırıldaqçılığında ittiham olunan Turin təmsilçisinin cəzası müvəqqəti olaraq ləğv edilib.
İtaliya İdman İdarəsinin qərarından sonra xallarını 59-a çatdıran "qoca sinyora" 7-ci sıradan 3-cü pilləyə yüksəlib.
Lakin bu qərar müvəqqəti xarakter daşıyır və yeni məhkəmə prosesləri davam etdiyi müddətdə qüvvədə qalacaq.