“Napoli”nin futbolçusu Xviça Kvaratsxeliya Çempionlar Liqasının 1/4 finalında “Milan”la cavab oyununda penaltini dəqiq yerinə yetirə bilmədiyinə görə azarkeşlərdən üzr istəyib:
“İki sahil” xəbər verir ki, yarımmüdafiəçi bu haqda öz İnstaqram hesabında paylaşım edib. Xviça yazıb: “Sizə sevinc bəxş edə bilmədiyimi anlayıram. Gözlərinizdə yaş görmək mənim üçün çətindir. Bugünkü təcrübədən nəticə çıxarmaq üçün əlimdən gələni edəcəyəm. Sizdə. dərindən üzr istəyirəm. Sizə minnətdaram! Mən hamınızı sevirəm və söz verirəm ki, biz daha güclü qayıdacağıq! Qarşıda çoxlu matçlar var”.
Qeyd edək ki, sözügedən oyun 1:1 hesabı ilə başa çatıb. “Milan” ilk görüşdə 1:0 hesabı ilə qalib gəldiyinə görə mərhələ adlayan tərəf olub.