Qadın güləşçimiz Mariya Stadnik Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında yarımfinala yüksəlib.
“İki sahil” xəbər verir ki, təcrübəli idmançı 50 kq çəkidə əvvəlcə türkiyəli Evin Dəmirhana, daha sonra isə fransalı Culye Sabatyeyə qalib gəlib.
O, finala gedən yolda son görüşünü də bu gün keçirəcək.