İstanbul təmsilçisi “Qalatasaray” Şotlandiya “Hibernian”ından hücumçu Kevin Nisbeti gözaltı edib.
“İki sahil” xəbər verir ki, 26 yaşlı forvardın transferi ilə bağlı danışıqlar başlanılıb. Nisbetin xidmətində türklərlə yanaşı, ingilis komandaları da maraqlı olduğu bildirilir.
Qeyd edək ki, “Hibernian”la 2024-cü ilə kimi müqaviləsi olan Nisbet bu mövsüm 14 matçda 10 qol vurub.