18 aprel 2023 16:47
300

Qadın voleybolçular arasında Azərbaycan çempionu bəlli olub

Voleybol üzrə qadınlar arasında Azərbaycan Yüksək Liqasının qalibi bəlli olub.

“İki sahil” xəbər verir ki, bu titula “Azərreyl” sahib çıxıb.

Finalın üçüncü qarşılaşmasında da “Abşeron”a 3:0 (25:16, 25:18, 25:15) hesabı ilə qalib gələn “Azərreyl” ölkə çempionluğunu qazanıb. “Abşeron” isə gümüş mükafatla kifayətlənib.

Qeyd edək ki, Yüksək Liqada bürünc medalı “Murov” əldə edib.