18 aprel 2023 14:24
346

Lunyovdan dünya kubokunda bürünc medal

Peruda Limada keçirilən dünya kubokunda 25 metr məsafədə kiçik çaplı tapançadan sürətli atəş üzrə yarışda atıcımız Ruslan Lunyov bürünc medal qazanıb.

“İki sahil” xəbər verir ki, o, altı seriyada 23 xal toplayaraq 3-cü olub.

Qeyd edək ki, yarışın qalibi adını Klemen Besua (Fransa) qazanıb. Gümüş medalı isə Matey Rampula (Çexiya) əldə edib.