18 aprel 2023 13:55
478

“Bavariya” Konrad Laymerlə müqavilə imzalayıb

“Bavariya” Konrad Laymeri heyətinə qatacaq.

“İki sahil” xəbər verir ki, “Leypsiq”in 25 yaşlı yarımmüdafiəçisi yayda Münhen klubuna keçəcək.

Artıq futbolçu ilə müqavilə imzalanıb. İki dəfə tibbi müayinədən keçən avstriyalı futbolçu ilə anlaşma 4 illik nəzərdə tutulub. Leypsiqlilərlə müqaviləsi başa çatan Konrad yeni klubuna azad agent kimi keçəcək.

Qeyd edək ki, Laymer cari mövsüm Bundesliqanın 15 oyununda 1 qol vurub.