18 aprel 2023 08:04
334

Azərbaycan Kubokunda yarımfinal mərhələsinə start verilir

Futbol üzrə Azərbaycan Kubokunda bu gün yarımfinal mərhələsinə start veriləcək.

“İki sahil” xəbər verir ki, ilk matçda "Qəbələ" "Səbail"i qəbul edəcək.

İndiyədək bu turnirdə komandaların yolları bir dəfə kəsişib. 2017/2018 mövsümünə təsadüf edən 1/4 final qarşılaşmalarının hər ikisində qələbə qazanan əyalət təmsilçisi mərhələ adlayıb - 1:0 və 4:2.

Tərəflər arasındakı cavab görüşü aprelin 27-də baş tutacaq.

Azərbaycan Kuboku
Yarımfinal, ilk oyun
18 aprel

18:00. "Qəbələ" - "Səbail"
Qəbələ şəhər stadionu

Qeyd edək ki, aprelin 19-da gerçəkləşəcək digər yarımfinal qarşılaşmasında "Neftçi" "Turan Tovuz"un qonağı olacaq.