Azərbaycanın daha bir sərbəst güləşçisi Hacı Əliyev Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında finala yüksəlib.
“İki sahil” xəbər verir ki, 70 kq çəki dərəcəsində çıxış edən idmançı yarımfinalda Vasile Diakona (Moldova) qalib gəlib.
O, həlledici qarşılaşmada Ramazan Ramazanovla (Bolqarıstan) üz-üzə gələcək.
Daha əvvəl Əliabbas Rzazadə (57 kq) qızıl medal uğrunda görüşə vəsiqə qazanıb.
Bu gün, həmçinin, Səbuhi Əmiraslanov (79 kq) və Maqomedxan Maqomedov (97 kq) da yarımfinal görüşünə çıxacaqlar.