17 aprel 2023 19:18
443

“Barselona”nın müdafiəçisi sıradan çıxdı

“Barselona”nın futbolçusu Serci Robertonun durumuna aydınlıq gəlib.

“İki sahil” xəbər verir ki, 31 yaşlı müdafiəçi bir aydan artıq müddətə sıradan çıxıb.

O, “Xetafe” ilə qarşılaşmada zədələnib. Bu üzdən Roberto artıq 17-ci dəqiqədə əvəzlənib.

Futbolçu təxminən 5 həftə komandasına kömək edə bilməyəcək. O, cari mövsüm La Liqanın 20 görüşündə 4 qol və 1 assistə imza atıb.

Qeyd edək ki, “Barselona” bu qarşılaşmada qolsuz heç-heçə ilə kifayətlənib.