17 aprel 2023 17:56
448

Olivye Jiru “Napoli” ilə oyunu buraxa bilər

"Milan"ın hücumçusu Olivye Jiru zədələnib.

“İki sahil” xəbər verir ki, 36 yaşlı fransalının vətərində problem yaranıb.

Bu səbəbdən də mərkəz hücumçusu Çempionlar Liqasının 1/4 finalında "Napoli" ilə cavab matçını buraxa bilər.

Qeyd edək ki, ilk oyununda rəqibini 1:0 hesabı ilə məğlub edən "Milan" cavab görüşünə aprelin 18-də çıxacaq.