17 aprel 2023 16:59
324

Avropa çempionatı: Azərbaycan güləşçilərinin yarımfinaldakı rəqibləri bəlli olub

Azərbaycanın sərbəst güləşçilərinin Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatının yarımfinal mərhələsindəki rəqibləri bəlli olub.

“İki sahil” xəbər verir ki, 57 kq çəki dərəcəsində çıxış edən Əliabbas Rzazadə finala gedən yolda Simeone Piroddu (İtaliya) ilə üz-üzə gələcək.

70 kq-dakı Hacı Əliyev bu raundda Vasile Diakonla (Moldova), 79 kq-dakı Səbuhi Əmiraslanov Vasili Mixaylovla (Ukrayna) görüşəcək.

97 kq-dakı Maqomedxan Maqomedov Vladislav Baytsayevin (Macarıstan) müqavimətini qırmağa çalışacaq.

Qeyd edək ki, Avropa çempionatı aprelin 23-də başa çatacaq.